Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş dəhşətli zəlzələsindən sonra üzən xəstəxanaya çevrilən Türk Silahlı Qüvvələrinin "Bayraktar" desant gəmisinə gətirilən hamilə qadının övladı dünyaya gəlib.
Allmarinenews Türkiyə KİV-ə istinadən xəbər verir ki, oğlu və yoldaşı ilə birlikdə gəmidə yerləşdirilən Merve Açıkbaşın doğum prosesi başlayıb. Həkimlərin müdaxiləsi nəticəsində onun qız övladı dünyaya gəlib.