Yəmən sahillərində gəmiyə zərbə endirilib: Yanğın başlayıb

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 10.06.2024 12:59

Yəmənin Ədən limanı sahillərində gəmiyə zərbə endirilib.

Allmarinenews xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi rəsmi "X" hesabında məlumat yayıb.

Hadisə limandan 129 kilometr cənub-qərbdə qeydə alınıb. Kapitan gəminin arxa hissəsinə mərmi düşdüyünü və gəmidə yanğın başladığını bildirib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Qeyd edək ki, Yəmənin şimalında Qırmızı dəniz sahillərinin əksər hissəsinə qiyamçı husilər nəzarət edirlər. Husilər Fələstinə dəstək məqsədilə İsraillə bağlı ticarət gəmilərini hədəf alacaqlarını bəyan ediblər.