15.12.2024 16:31
Vyetnam və ABŞ mərkəzi Kuanqçi əyalətində böyük qaz enerjisi layihəsini həyata keçirəcəklər. Vyetnamın “BB Group”-u və ABŞ “Quantum Group”-u qaz sənayesi kompleksi və dəniz limanı tikmək üçün birlikdə işləyəcəklər.
Allmarinenews xəbər verir ki, 140 hektarlıq sənaye kompleksinə təbii qaz emalı zavodu, LNG zavodu, quruda və üzən LNG anbarları daxil olacaq. Onun tikintisi 2030-cu ilə qədər başa çatacaq və Amerika şirkətinin bu layihəyə yatıracağı investisiyaların həcmi 5 milyard dollar təşkil edəcək. “Quantum Group” 275 hektar əraziyə malik dəniz limanının yaradılmasına daha 500 milyon dollar xərcləyəcək.
Bundan əvvəl Vyetnam “PVGas” dövlət şirkəti və Amerikanın “AES” korporasiyası cənubdakı Binthuan əyalətində LNG qəbul etmək üçün liman terminalının tikintisi və sonrakı istismarı ilə məşğul olacaq “Son My LNG port warehouse limited company” birgə müəssisəni yaratdılar.
Bu layihəyə Amerika sərmayəsi 1,31 milyard dollar təşkil edib. Öz növbəsində ABŞ-ın “Delta Offshore Energy” şirkəti Vyetnamın cənubundakı Baklieu əyalətində 3200 meqavat gücündə LNG ilə işləyən elektrik stansiyasının tikintisi üçün 3 milyard dollarlıq layihə həyata keçirir.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32