15.12.2024 16:31
Türkiyənin İstanbul şəhərində Qara-Xəzər dənizləri Beynəlxalq Yükdaşıma Forumu keçirilib.
Allmarinenews-un xəbərinə görə, tədbirdə regionun aparıcı nəqliyyat-logistika, gəmiçilik şirkətlərinin, nəqliyyat strukturlarının nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
Forumun sessiyalarında iştirak edənlər beynəlxalq nəqliyyat dəhlizləri, Qara dəniz - Xəzər regionunun tranzit imkanları, Ukraynadakı mövcud vəziyyətin beynəlxalq nəqliyyat marşrutlarında dəyişikliklərə təsiri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf imkanları, Regionda gəmiqayırma sənayesi: mövcud vəziyyət və inkişaf proqnozu, Azərbaycan və Gürcüstan beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit platforma potensialı kimi aktual məsələlərə toxunulub.
Forumun işində United Alliance Group LTD şirkətinin nümayəndələri də iştirak ediblər. Şirkətin direktor müavini Seymur Mirzəyev forumda “Azərbaycanda dəniz nəqliyyatının inkişaf yolu, traniz imkanlar və United Alliance Group şirkətinin dəniz nəqliyyatı sahəsində göstərdiyi çeşidli xidmətləri” mövzusunda çıxış edib.
O, ölkəmizin dəniz nəqliyyatı sahəsindəki potensialından optimal və səmərəli şəkildə istifadə edilməsi, daim yenilənən beynəlxalq tələblərin və təcrübənin sistemli şəkildə ölkəmizdə tətbiqi, United Alliance Group şirkətinin dəniz nəqliyyatı sahəsindəki çeşidli xidmətləri barədə məlumat verib. Şirkətin çarter, vasitəçilik(crewing), Azərbaycanın bütün limanlarında gəmilərə göstərilən agentlik xidməti, dənizçilər üçün keçirilən təlim-tədris prosesindən danışıb və bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib.
S.Mirzəyev qeyd edib ki, United Alliance Group şirkəti dənizçilərin fəaliyyət istiqamətlərini genişləndirmək və dənizçilik sahəsinin gələcəkdə daha da təkmilləşdirilməsi üçün geniş xidmətlər təqdim edir. O Dəniz nəqliyyatı sahəsində peşəkar xidmətləri özündə birləşdirən United Alliance Group LTD şirkətinin hazırda Azərbaycanın qabaqcıl şirkətləri sırasında yer aldığını vurğulayıb.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32