"Rusiya pilotsuz təyyarələri və raket hücumları ötən ilin iyulundan bu yana Ukraynanın 321 liman infrastrukturuna ziyan vurub".
Allmarinenews xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ictimaiyyətə açıqlamasında deyib.
O, əlavə edib ki, digər ölkələrə məxsus 20 ticarət gəmisi də Rusiyanın zərbələri nəticəsində zədələnib.
“Ümumilikdə, Ukraynanın ərzaq ixracı dünyanın 100 ölkəsində 400 milyon insanı ərzaqla təmin edir”. Misir, Liviya, Nigeriya və Afrikanın digər ölkələrində ərzaq qiymətləri birbaşa Ukraynadakı fermerlərin və kənd təsərrüfatı şirkətlərinin normal fəaliyyət göstərib-işləməyəcəyindən asılıdır.
Moskva mülki hədəflərə hücum etdiyini dəfələrlə təkzib edib.
Ukrayna əsas qlobal buğda və qarğıdalı istehsalçısıdır və müharibədən əvvəl Qara dəniz vasitəsilə ayda təxminən 6 milyon ton taxıl ixrac edirdi.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında müharibə başladığı vaxt Ukraynanın Qara dəniz limanlarını blokadaya aldı. Daşınmalar 2022-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində bərpa edilib. Lakin bir il sonra Rusiya müqavilədən çıxdı.
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56