Ukraynadan Süveyş kanalında saya oturan gəminin fəaliyyəti bərpa olunub - YENİLƏNDİ

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 09.01.2023 13:38

Misirdə Süveyş kanalında saya oturan yük gəmisi yenidən suya salınıb.

Allnmarinenews xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının sədri Osame Rabie bu gün quruya çıxan M/V Glory gəmisinin yenidən suya salındığını açıqlayıb.

Bloomberg 65 min ton qarğıdalı daşıyan gəminin Ukraynadan Çinə doğru yola düşdüyünü açıqlayıb.

*** 13:08

Ukraynadan ərzaq ixracı ilə məşğul olan “Glory” yük gəmisi Misirin şimalındakı Əl-Kantara şəhəri yaxınlığında, Süveyş kanalında saya oturub.

Allmarinenews xəbər verir ki, bu barədə Misirin "Leth Agencies" gəmiçilik agentliyi məlumat yayıb.

Bildirilib ki, “taxıl sazişi” çərçivəsində Ukraynadan ərzaq daşıyan “Glory” yük gəmisi Ukraynanın Çornomorsk limanını dekabrın 24-də tərk edib.