15.12.2024 16:31
Kerç boğazında Rusiya bərələrinə qarşı əməliyyat keçirilib.
Allmarinenews xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.
Açıqlamada Rusiyanın Krımda olan əsgərlərinə təchizat vermək üçün fəal şəkildə istifadə etdiyi Kerç boğazında Ukrayna qüvvələrinə məxsus bərələrin ATACMS raketləri ilə vurulduğu bildirilib.
Hücum nəticəsində dəmir yolu və avtomobil nəqliyyatını daşıyan iki bərəyə ciddi ziyan dəyib. Onlardan biri quruya çırpılaraq bütün Kerç bərə xəttinin fəaliyyətinə mane olub.
Qərargahın verdiyi açıqlamaya görə, Rusiyanın Krım yarımadasındakı hərbi logistikasının xeyli zəiflədiyi qeyd edilib.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32