Türkiyənin 7-ci nəsil qazma gəmisi bu həftə 74 günlük səyahətini yekunlaşdıraraq Cənubi Koreyadan Türkiyəyə gələcək.
Allmarinenews "Sabah"-a istinadən xəbər verir ki, dərin dəniz qazma qabiliyyətinə malik yeni gəmi mayın 19-da Mersin Taşucu Limanına çatacaq. İki aylıq işdən sonra gəmi iyul ayından etibarən Şərqi Aralıq dənizində axtarışlara başlayacaq.
Şərqi Aralıq dənizində xidmət göstərəcək yeni nəsil gəmi, Aralıq dənizində dərin dəniz kəşfiyyatı və dibdərinləşdirmə fəaliyyətlərinə töhfə verəcək. Gəmi 3600 metrə qədər hündürlükdə işləyə bilir.
Qeyd edək ki, gəmi 12200 metrə qədər qazma qabiliyyətinə malikdir.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31