Türkiyənin 7Deniz.net mətbuatı “Baku Shipping Dinner” fəaliyyəti çərçivəsində baş tutmuş konfransı geniş işıqlandırıb

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 24.06.2024 19:05

İyunun 20-21-i  Bakıda baş tutmuş “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin təşkilatçılığı ilə “Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans”ı Türkiyənin dənizçilik sahəsində fəaliyyət göstərən 7Deniz.net xəbər mediasının diqqət mərkəzində olub.

Allmarinenews xəbər verir ki, sözügedən medianın yayımladığı geniş məqalədə tədbirin məqsədi, dəniz sənayesi üçün əhəmiyyəti barədə qeyd edilib.  Bildirilib ki, bu konfrans Türkiyə dənizçiliyinə də öz töhfəsini verəcək. 

Tədbirdə təşkilatçılarından, qonaqlardan və Türkiyədən olan bəzi iştirakçıların fikirləri dərc edilib.

Məlumatlarda tədbirdə iştirak etmiş ZenithSurvey şirkətinin direktoru Seymur Mirzəyev, GN Group Corporation-nun İnsan Resursları Meneceri Recep Erkan Erecek, Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris şöbəsinin müdiri Əsədulla Süleymanov, United Alliance Group-un mətbuat xidmətinin rəhbəri Sevgül Qasımzadə, Dünya Dəniz Universitetindən professoru. Dr. Aykut Ölçerin açıqlamalarına yer verilib.