Zəlzələ bölgəsinə yardım materialları yüklənən “Pergamon Seaways” İstanbuldan, “Ulusoy-5” gəmisi isə İzmirdən yola düşüb. Gəmilərin sabah İsgəndəruna çatacağı gözlənilir.
Allmarinenews xəbər verir ki, bu barədə Türkiyə Dəniz İşləri Baş İdarəsi Twitter hesabında paylaşım edib.
Bildirilib ki, qurumun koordinasiyasında zəlzələ bölgəsinə yardım materialları və maşın avadanlığı gətirəcək olan Pergamon Seaways İstanbul Pendik Limanından İskenderun körfəzinə doğru yola düşüb.
Yardım materialları ilə yüklənmiş gəmi zəlzələ bölgəsinə 74 yedəkləyici, 15 diyircəkli qoşqu, 34 kran, 21 vedrə, 35 yük maşını, 41 ekskavator, 11 qoşqu və 31 müxtəlif texnika daxil olmaqla, ümumilikdə 254 texnika daşıyacaq. Gecə saat 03.00-da yola düşən gəminin sabah gecə İskəndəruna çatacağı gözlənilir.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31