21.11.2024 01:00
Kamboca bayraqlı “Vamos” yük gəmisi Türkiyənin Qara dəniz sahilində Kastamonu əyaləti yaxınlığında fırtına şəraitində saya oturub.
Allmarinenews TASS-a istinadən xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, gəmidə ikisi Türkiyə vətəndaşı olmaqla 11 dənizçi olub.
Məlumatda bildirilir ki, xilasedicilər dənizçiləri təxliyə etməyə başlayıblar, lakin bu, güclü külək səbəbindən çətinləşib.
Türkiyənin Fövqəladə Hallar Departamenti ölkə ərazisinin müəyyən yerlərində sarı və narıncı hava xəbərdarlığı elan edib. Qeyd olunub ki, qasırğalar, leysan gözlənilir.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14