30.01.2025 20:23
İyulun 1-dən Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq.
Allmarinenews xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi bildirib ki, “Montrö Boğazları haqqında Konvensiya”ya uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 ABŞ dolları olacaq.
Məqalədə qeyd edilib ki, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon ABŞ dollarına çatacaq.
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31
25.11.2024 02:09