15.12.2024 16:31
İyulun 1-dən Türkiyə hökuməti ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına qaldıracaq.
Allmarinenews xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq prezidentin sərəncamı əsasında tariflərə hər il yenidən baxılacaq.
Keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.
"1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və indi 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq”, - nazir bildirib.
A.Uraloğlu vurğulayıb ki, bu qərarı boğazların keçidini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam uyğundur.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32