15.12.2024 16:31
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutun (TBNM) Beynəlxalq Assosasiyası 2023-cü il üçün təsdiqlənmiş tarif dərəcələri və yükdaşıma planını müzakirə edib.
Allmarinenews xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib.
Bildirilir ki, TBNM-in Beynəlxalq Assosasiyasının (BA) Hüquqi Şəxslər Birliyinin (HŞB) Ümumi yığıncağı və TBNM-in inkişafına dair İşçi qrupunun iclası Qazaxıstanda keçirilib.
Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rumıniyanın əlaqədar qurumlarının iştirakı ilə baş tutan iki günlük toplantıda ASCO-un sədr müavini Zaur Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
TBNM-in inkişafına dair İşçi qrupunun iclasında ümumi yığıncaq zamanı müzakirə olunacaq bəzi məsələlərin gündəliyi təsdiqlənib.
Ümumi yığıncaqda HŞB-in 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı, eyni zamanda yeni assosiativ üzvlərin qəbulu məsələləri müzakirə olunub.
Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.
Yığıncağın sonunda müvafiq protokol imzalanıb.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32