Dəniz yanacağı tədarükçüsü əksəriyyətinin əmtəə treyderi Trafigura-ya məxsus olan TFG Marine Sinqapurda yeni metanol bunker barjlarını icarəyə götürür.
Allmarinenews xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat verib.
Bildirib ki, gəmilərə müxtəlif aşağı karbonlu yanacaq çatdıra bilən dörd yeni barja kirayələmək üçün Consort Bunkers ilə uzunmüddətli müqavilə imzalayıb.
Gəmiçilik sektoru emissiyaları azaltmaq üçün bioyanacaqdan metanol və ammonyak kimi aşağı karbonlu yanacaqlardan istifadə etməklə dekarbonizasiya hədəflərinə çatmağa çalışır.
Qeyd edək ki, TFG Marine, dünyanın ən yaxşı yanacaq doldurma limanı olan Sinqapurda ilk üç bunker yanacaq təchizatçısından biridir. O, 2024-cü ilin sonunda və 2025-ci ilə qədər 6500 dedveytli dörd IMO tipli tankerin təhvil alacağını söyləyib.
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56