23.12.2024 22:29
Ukraynanın Dövlət Əmlak Fondu “Ust-Dunaysk” (Odessa vilayəti) limanının əmlak kompleksinin satışı üzrə hərrac elan edib.
Allmarinenews Ukrayna KİV-nə istinadən xəbər verir ki, Fondun Odessa və Nikolayev vilayətləri üzrə regional bölməsinin rəhbəri Aleksandr Slavskinin sözlərinə görə, ən kiçik dəniz limanlarından biri olan Ust-Dunaysk Dəniz Ticarət Limanı dövlət müəssisəsinin vahid əmlak kompleksi özəlləşdiriləcək.
Məlumata görə, 2019-cu ildə limanın yük dövriyyəsi cəmi 71 min ton (ölkənin bütün dəniz limanlarının yük dövriyyəsinin 0,05%) təşkil edib.
Limanın özəlləşdirilməsi üzrə hərrac 2023-cü il yanvarın 17-nə təyin edilib. Onun başlanğıc qiyməti 60 milyon qrivnadır (təxminən 1.6 milyon dollar)
Limanın daşınmaz əmlakı Odessa vilayətində, Kiliya, Vilkovo şəhərlərində və Qara dənizin Jebriyanovskaya körfəzində yerləşir. Obyektə həmçinin 15 gəmi, 4 üzən yanalma körpüsü və 6 nəqliyyat vasitəsi daxildir.
23.12.2024 22:29
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38