14.03.2025 19:12
Tailandda Muanq rayonunda Meklonq çayında neft daşıyan tankerin partlaması nəticəsində 8 nəfər itkin düşüb.
Allmarinenews xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.
“Smooth Sea 22” tankerinin göyərtəsində baş vermiş partlayışla bağlı məlumat yerli vaxtla 09:17 radələrində polisə daxil olub.
Tanker gəmiqayırma zavodunda müntəzəm texniki baxışdan keçirmiş və onun çənləri boş idi.
Bildirilib ki, partlayış bir neçə kilometr radiusda eşidilib. Təxminən, bir saatdan sonra gəmidəki yanğının nəzarət altına alındığı barədə məlumat verilib.
14.03.2025 19:12
01.03.2025 11:59
14.02.2025 10:40
05.02.2025 11:50
30.01.2025 20:23
27.01.2025 18:15