Tailandda “Sukhotai” hərbi gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Allmarinenews TASS-a istinadən xəbər verir ki, bu, krallığın Hərbi Dəniz Qüvvələrinin bazar günü yenilənən məlumatında məlum olub.
Qəza zamanı daha 11 nəfərin itkin düşdüyü qeyd olunur.
Qeyd edilir ki, qəza zamanı gəmidə olan 105 dənizçinin 76-sı sağ qalıb, 18-i ölüb, onlardan yeddisinin şəxsiyyəti müəyyənləşib.
Daha əvvəl qəza zamanı altı nəfərin öldüyü bildirilib.
Xatırladaq ki, ABŞ-da inşa edilmiş, 1987-ci ildən indiyədək Tailand donanması tərəfindən istifadə olunan gəmi 19 dekabrda gecə saatlarında Siam körfəzinin sularında fırtına zamanı batıb.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31