2022-ci ilin dörd ayında Süveyş kanalından keçən gəmilərin sayında 10% artım olub.
Allmarinenews xəbər verir ki, yanvar-aprel aylarında Süveyş kanalından keçən gəmilərin sayı 2021-ci ilin eyni dövründəki 1066-dan 1166-ya çatıb. Bu barədə Süveyş kanalı administrasiyasının rəhbəri Usamə Rabiye bildirib.
Kanalın genişləndirilməsi layihəsi davam etdirilir. Layihə çərçivəsində fəaliyyət göstərən yerqazan gəmilərin sayı 8-ə çatdırılıb.
Kanal rəhbərliyi təsdiqləyib ki, kanalın cənub sektorunun inkişafı layihəsi müəyyən olunmuş qrafik üzrə davam edir.
İnkişaf layihəsi böyük əhəmiyyət kəsb edir və cənub girişində naviqasiya təhlükəsizliyini və kanalın daha çox gəmi qəbul etmək qabiliyyətini artırmaq məqsədi daşıyır.
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56