Panama gəmi reyestri standartlara cavab verməyən, sanksiyalardan yayınan gəmiləri reyestrdən çıxarmağa başlayır.
Allmarinenews xəbər verir ki, bu barədə Panama reyestrinin yeni rəhbəri Ramon Franko "Lloydslists"ə müsahibəsində məlumat verib.
O bildirib ki, bayraq üçün keyfiyyətə uyğun olmayan və sanksiyadan yayınan gəmilər reyestrdən tez bir vaxtda çıxarılacaq. R.Franko gəmilərin sayına görə dünyanın ən böyük bayrağı olan Panama öz standartlarını təkmilləşdirməli olduğunu vurğulayıb.
"Biz reyestrimizdəki problemli donanmadan qurtulmalı, donanmamızın fəaliyyətini hər aspektdə yaxşılaşdırmalıyıq. Bu, ən azı növbəti beş ildə, mən Panama reyestrinin rəhbəri olduğum müddətdə belə olacaq"-deyə, o bildirib.
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56