Sinqapur limanı artan liman tıxacını idarə etmək üçün köhnəlmiş konteyner terminallarını yenidən açır

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 03.06.2024 14:01

Sinqapur limanı artan gəmi yükünü azaltmaq üçün şəhərin mərkəzindəki konteyner terminallarında əməliyyatlar müvəqqəti olaraq bərpa edib.

Allmarinenews xəbər verir ki, bu barədə Sinqapurun Dənizçilik və Liman İdarəsi məlumat verib.

Məlumata görə, Qırmızı dəniz böhranı və gəmilərin Ümid burnundan keçməsi plandan kənar gəmilərin gəlməsinə və gəmilərin yığılmasına səbəb olub.

Fəaliyyəti dayandırılmış Keppel Terminalını yenidən açdıqdan sonra bir həftə ərzində idarə olunan konteynerlərin sayı 770.000 TEU-dan 820.000 TEU-ya qədər artırıla bilər.

Tuas Limanında 8 yanalma körpüsü ilə yanaşı, bu ilin ikinci yarısında daha üç körpünün fəaliyyətə başlaması limanın yük daşıma qabiliyyətini artıracaq.

Qeyd edək ki, liman yanvar-aprel ayları arasında 13,36 milyon TEU daşıyıb ki, bu da 2023-cü ilin eyni dövründəki əməliyyatdan 9% çoxdur.