Şimal dənizində iki gəmi toqquşub

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 14.03.2025 19:12

Şimal dənizində, beynəlxalq Hall limanı yaxınlığında (Böyük Britaniya) neft tankeri və yük gəmisi toqquşub.

Allmarinenews xəbər verir ki, məlumatı BBC yayıb.

Qəzadan dərhal sonra sularda genişmiqyaslı axtarış-xilasetmə işlərinə başlanılıb. Qeyd olunur ki, xilasedici qayıqlar hadisə yerinə göndərilib, öz növbəsində sahil mühafizə xidməti bütün hərəkətləri koordinasiya edir.