15.12.2024 16:31
Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxarılan nasaz “Proqres MS-21” yük gəmisi Sakit okeanda batırılıb.
Allmarinenews xəbər verir ki, bu barədə “Roskosmos” korporasiyası məlumat yayıb.
Gəmi orbitdən çıxarılıb, bundan sonra atmosferə daxil olub və dağılıb. Strukturun yanmayan elementləri Sakit okeanın cənub hissəsinin gəmi yolları keçməyən ərazisinə düşüb.
Qeyd edilib ki, “Proqres MS-21” BKS-də 3,5 aydan çox işləyib.
“Proqres MS-21” kosmik gəmisi ötən il oktyabrın 26-da buraxılıb və iki gün sonra BKS-ə 2,5 tondan çox yük çatdırıb. Fevralın 11-də gəminin istilikdaşıyanında sızma qeydə alınıb. Daha sonra “Energiya” Raket-kosmik Korporasiyası (RKK) “Proqres MS-21” yük gəmisini orbitdən çıxarmaq qərarına gəlib.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32