23.12.2024 22:29
Rusiya Qara dənizin şimal-qərbində gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür və humanitar dəhlizi bağlayır.
Allmarinenews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.
Bəyanatda deyilir ki, iyulun 18-dən etibarən “Qara Dəniz Taxıl Təşəbbüsü” fəaliyyətini dayandırır, İstanbulda fəaliyyət göstərən birgə Koordinasiya Mərkəzi isə buraxılır: “Rusiya Qara dənizin şimal-qərb hövzəsində müvəqqəti təhlükəli ərazi rejimini bərpa edir”.
Rusiya XİN bəyan edir ki, İstanbul razılaşmalarının şərtlərinin yerinə yetirilməməsi şəraitində humanitar təyinatını doğrultmayan təşəbbüsün davam etdirilməsi öz mənasını itirir: “Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq”.
//Report
23.12.2024 22:29
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38