15.12.2024 16:31
İyunun 6-da Rusiya ordusu Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasını (SES) partladıb.
Bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı xəbər verib.
Bildirilir ki, hazırda dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir.
Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin əhaliyə təcili müraciət edib və suyun səviyyəsinin beş saat ərzində kritik həddə çatacağını bildirib.
“Rusiya ordusu daha bir terror aktı törədib - Kaxovka SES-i partladıb. Beş saatdan sonra su kritik həddə çatacaq, təhlükəli ərazilərdən sakinlərin təxliyəsinə başlanılıb”, - deyə o bildirib.
Prokudin sakinlərdən sənədləri, zəruri əşyaları toplamağı və evakuasiya avtobuslarını gözləməyi xahiş edib.
Qeyd edək ki, Kaxovka su anbarı Dneprdəki su anbarları kaskadının alt və sonuncu (altıncı) pilləsidir. Xerson vilayətində, Novaya Kaxovka şəhəri yaxınlığında yerləşir.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32