15.12.2024 16:31
Finlandiya körfəzi sahillərində Belarus yükləri üçün dəniz limanı yaradılacaq.
Allmarinenews xəbər verir ki, Liman yeni Bronka limanının (Sankt-Peterburqun Lomonosov ətrafı ərazisi) yanında yerləşəcək. Bu, Vladimir Putin və Aleksandr Lukaşenko arasında KTMT sammiti çərçivəsində keçirilən görüşdən sonra məlum olub.
Mart ayında Lukaşenka bildirmişdi ki, söhbət hətta Rusiyanın bir limanından yox, limanlardan gedir. Limanların iki ilə tikiləcəyi gözlənilir.
Litva və Estoniya kalium və neft məhsullarının aşırılması üçün bağlandıqdan sonra Belarusun Rusiyada öz limanları və ya terminalları lazım idi. Amma hələ bundan əvvəl, 2020-ci ildə Lukaşenko Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkoya liman tikməyi təklif etmişdi.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32