15.12.2024 16:31
Beynəlxalq gəmiçilik şirkətləri xərclərini kəskin artırıb. Buna səbəb Qəzza münaqişəsi və Qırmızı dənizdə yaşanan problemlərdir. Yaxın Şərqdən enerji təchizatının çatdırılma istiqamətinin dəyişdiyi də əsas səbəblərdəndir.
Allmarinenews xəbər verir ki, bu barədə Türkiyənin “Yeni şafak” qəzeti yazıb.
Nəşr bildirib ki, Təl-Əviv administrasiyasının yaratdığı geosiyasi alov pandemiyanın şokundan hələ də çıxmamış qlobal ticarət üçün yeni risk mənbəyinə çevrilib.
Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının (Husilər) Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən “Maersk”, “Hapag-Lloyd” və başqa şirkətlər gəmilərini Atlantik okeanı üzərindən hərəkət etdirirlər.
Enerji şirkətləri də eyni addımı atıblar. Marşrutların dəyişdirilməsi 40 gün vaxt itkisi, həm də yüksək xərclər yaradıb.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32