Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya Qaradənizin “Ereğli” sahillərində batan "Kafkametler" gəmisinin batdığı anın görüntülərini paylaşıb.
Allmarinenews xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gəminin batması nəticəsində 12 türk ekipaj üzvündən birinin cansız cəsədi tapılıb.
Digər 11 heyət üzvünün axtarış və xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Rusiyadan İzmirin “Əliağa” limanına yük daşıyan Türkiyə gəmisi Qara dəniz bölgəsində fırtına səbəbindən “Ereğli” limanına sığınıb. Burada yenidən hərəkətə keçən gəmi ilə daxili limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31