"Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq, çünki qonşu ölkələrdən sifarişlər gəlir".
Allmarinenews xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.
Gəmiqayırma zavodumuzun mövcud daşıma imkanlarına hesablandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik”.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31