15.12.2024 16:31
Atlantik okeanını Sakit Okeanla birləşdirən Panama kanalında quraqlıq səbəbindən tətbiq edilən tranzit məhdudiyyətinin müddəti bir il uzadılıb.
Allamrinenews -un xəbərinə görə, Panama Kanalı Administrasiyasının direktor müavini İlya Espino mətbuata açıqlamasında bildirib ki, sentyabr, oktyabr və noyabr aylarında yağan yağışlar kanal hövzəsində suyun səviyyəsini qaldırmasa, tranzit məhdudiyyəti tətbiq olunacaq.
Kanal rəhbərliyinin bu ilin əvvəlində məhdudiyyətlər qoymağa başlaması nəticəsində kanalda yığılan gəmilərin sayı artıb. Belə ki, bəzi marşrutlarda yükdaşıma xərclərinin artması ilə gəmi sahibləri yüklərini yüngülləşdirməyə və ya alternativ marşrutlara keçməyə məcbur olub.
Qeyd edək ki, Panama kanalı son əsrin ən quraq vaxtını yaşadığı və yağış suyuna da ehtiyac olduğu bildirilir.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32