15.12.2024 16:31
Panama kanalında suyun səviyyəsi yaxşılaşdıqca gəmi rezervasiya yerləri və tranzit keçən gəmilərin sayı artacaq.
Allmarinenews xəbər verir ki, bu barədə Panama Kanalı İdarəsindən məlumat verilib. Bildirilib ki, Gatun gölündəki mövcud və təxmin edilən su səviyyələrinə cavab olaraq mayın ortalarından başlayaraq Panamax kilidləri üçün rezervasiya yerlərinin sayı artıb.
Yeni qrafikə uyğun olaraq, mayın 7-dən mayın 15-dək planlı təmir işləri ilə əlaqədar hər gün 24 gəmi üzəcək.
Bundan əlavə, iyunun 1-dən etibarən Neopanamax tipli gəmilər üçün əlavə bir yer açılacaq, keçidlərin növbəti bildirişə qədər gündə 32-ə çatacağı gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə baş verən böyük quraqlıqdan sonra Panama Kanalı İdarəsi gündəlik gəmi tranzitlərinin sayını və maksimum su axınını azaltmaqla gəmi keçidlərinin sayına məhdudiyyət tətbiq etmişdi.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32