Odessadan taxıl daşıyan gəmi Qara dənizdə minaya düşüb

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 20.11.2023 11:56

Odessadan Liberiya bayrağı altında taxıl daşıyan “Georgia S” yük gəmisi Qara dənizdə minaya düşüb.

Allmarinenews xəbər verir ki, bu barədə “Ukrrudprom” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Dörd dəniz və ticarət mənbəsi bildirib ki, buğda ilə yüklənmiş Liberiya bayraqlı “Georgia S” yükdaşıyan gəmi cümə axşamı Yujnı limanından (Ukraynanın Odessa vilayətində yerləşir - Qeyd) hərəkət edərkən açıq dənizdə minaya düşərək zədələnib”, - məlumatda vurğulanıb.