14.03.2025 19:12
Nyu-York qubernatoru Keti Hochul bu gün Nyu-Yorkun ən böyük dəniz külək layihəsi olan Sunrise Wind-in tikintisinə başlandığını elan edib.
Allmarinenews xəbər verir ki, Orsted tərəfindən hazırlanmış 924 meqavatlıq layihə təxminən 600.000 ev üçün kifayət qədər enerji istehsal edə bilər.
Sunrise Wind layihəsi tikinti zamanı 800-dən çox iş yeri yaradacaq və Suffolk qraflığına 700 milyon dollarlıq investisiya daxil olmaqla əhəmiyyətli iqtisadi fayda gətirəcək.
Nyu-Yorkun Montauk şəhərindən təxminən 30 mil şərqdə yerləşən layihə Brookhavendəki Holbrook yarımstansiyasında Nyu Yorkun elektrik şəbəkəsinə qoşulacaq. Dəniz külək təsərrüfatı 84 külək turbin generatorundan ibarət olacaq.
Layihənin tamamlanması 2026-cı ilə planlaşdırılır.
14.03.2025 19:12
01.03.2025 11:59
14.02.2025 10:40
05.02.2025 11:50
30.01.2025 20:23
27.01.2025 18:15