NATO Dənizdə İnsan Haqları ilə bağlı iki yeni podkast yayımlayıb

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 17.01.2023 14:05

NATO-nun Məhdud və Dar Sularda Əməliyyatlar üzrə Mükəmməlliyət Mərkəzi (COE CSW) Dənizdə İnsan Hüquqlarını əhatə edən iki yeni podkast yayımlayıb.

Allmarinenews xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, yayımlanan birinci podkast dənizdə insan hüquqları pozulan şəxsləri  müdafiə edən qanunları, bu qanunların həyata keçirilməsində maneələri, Dənizdə İnsan Hüquqları üzrə Cenevrə Bəyannaməsini , vəkillik məsələlərini, eləcə də İnsan Hüquqları Qanunu ilə Beynəlxalq Humanitar Hüquq arasındakı fərqləri əhatə edir.


Birincinin davamı olaraq ikinci Podcast “qanunsuz” miqrasiya ilə bağlı yanlış adlandırmaları, tərk edilmiş dənizçilərin vəziyyəti ilə bağlı nə edilə biləcəyini, potensial insan hüquqları pozuntularına qarşı əməliyyatlar aparıldıqda hərbi komandirlər və hüquq məsləhətçiləri üçün mülahizələri və s. əhatə edir.

Əməliyyat Dəniz Hüququ Podcast 1

Əməliyyat Dəniz Hüququ Podcast 2