LNG 2024-cü ilin sonunda alternativ yanacaqla işləyən gəmi sifarişləri üçün dominant seçim olaraq qalıb və noyabr ayında verilmiş 27 yeni sifarişdən 23-nü təşkil edib.
Allmarinenews xəbər verir ki, bu barədə DNV beynəlxalq təsnifat cəmiyyəti məlumat verib. Bildirilib ki, konteyner daşıma seqmenti LNG-nin qəbulunda liderlik etməyə davam edir və noyabrın sifariş kitabına 15 gəmi qatıb, avtomobil daşıyıcısı seqmenti isə 6 LNG yanacaqlı gəmi əlavə edib. Bundan əlavə, eyni müddət ərzində ammiakla işləyən dörd gəmi sifariş edilib. Belə olduqda metanola tələbat olduqca azalıb.
Metanolla işləyən konteyner gəmiləri üçün sifarişlər 2023-cü ildə 51%-dən 2024-cü ildə cəmi 21%-ə düşüb. Bu azalma göstəricisi müxtəlif problemlər, o cümlədən tədarük zənciri problemləri, emal xərclərinin artması və istehsal gecikmələri ilə əlaqələndirilir.
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56