Türkiyənin Mərmərə dənizində çirklənmənin qarşısını almaq üçün hidrotəyyarələrlə yoxlamalar aparılır və çirklənməyə səbəb olan dəniz nəqliyyat vasitələri cəzalandırılır.
Allmarinenews Türkiyə mediasına istinadən xəbər verir ki, dənizdən də havaya qalxa bilən və 80 saatlıq yoxlama uçuşu həyata keçirən təyyarə çirklənməni yerindəcə mərkəzə bildirməklə yanaşı, dənizi çirkləndirən gəmilərə anında müdaxilə edilməsini təmin edilməsini təmin edəcək.
TUCA adlı yoxlama təyyarəsi Deniz Körfez, Hereke, Dilovası, Bayramoğlu, Yalova, Altınova, Gəmiqayırma Bölgəsi, Tuzla, Haydarpaşa, Boğaziçi, Poyrazköy və Qara dəniz daxil olmaqla, çirklənmə yükü yarada biləcək prioritet nöqtələri izləyir.
"İnteqrasiya edilmiş Ətraf Mühitin Müayinə Modeli" çərçivəsində aparılan araşdırmalarda 2023-cü ildə gəmiqayırma zavodları və lövbər zonaları kimi çirklənmə ehtimalı yüksək olan ərazilərdə 8755 gəmidə monitorinqlər keçirilib.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14