MEPC 83: IMO Gəmiçilikdə Emissiyaların Azaldılması Üçün Yeni Qaydalar Qəbul Etdi

Müəllif: Cpt.Rasul Hasanov / Marine Expert
Nəşr edilmişdir: 14.04.2025 21:19

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin (MEPC) 83-cü sessiyası yekunlaşıb. Görüşdə ilk dəfə olaraq gəmiçilik sənayesi üçün qlobal istixana qazı emissiyalarının azaldılmasını hədəfləyən məcburi tənzimləmələrə razılıq verilib.

Allmarinenews xəbər verir ki, yeni qaydalar iki əsas komponentdən ibarətdir:

İstixana qazı standartı – 2028-ci ildən dəniz yanacaqlarının istixana qazı intensivliyi mərhələli şəkildə azaldılacaq.

Qlobal iqtisadi mexanizm – Emissiya həddini aşan gəmilər əlavə emissiyaları kompensasiya etmək üçün ödəniş etməli olacaqlar. Toplanan vəsait “Net-Zero” fonduna yönəldilərək aşağı emissiyalı gəmilərə dəstək, inkişaf etməkdə olan ölkələrdə texnologiya və təlim proqramlarının maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Qaydaların 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulur.

Lakin mütəxəssislər bildirir ki, bu addımlar IMO-nun 2050-ci ilə qədər “xalis sıfır emissiya” strategiyasına çatmaq üçün yetərli deyil və əlavə tədbirlərə ehtiyac var.