15.12.2024 16:31
Moskvada, Rusiya Nəqliyyat Universitetinin ərazisində MDB-yə üzv dövlətlərin Nəqliyyatın Koordinasiya Konfransının sahə şuralarının XII iclası keçirilib.
Allmarinenews xəbər verir ki, bu barədə “Rusiyanın dəniz xəbərləri” portalının mətbuat xidmətindən məlumat verilib.
Sessiyada Azərbaycan, Ermənistan , Belarus , Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Respublikasının nümayəndələri, MDB İcraiyyə Komitəsinin sahə üzrə nümayəndələri iştirak ediblər.
Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin rəis müavini Denis Uşakovun sədrliyi ilə keçirilən Dəniz və Daxili Su Nəqliyyatı üzrə Şura Rusiya Federasiyasında liman infrastrukturunun inkişaf etdirilməsi və Rusiya dəniz limanlarının tranzit potensialından istifadənin genişləndirilməsi, yeni logistika sxemlərinin qurulması, Xəzər regionunda konteynerlərin daşınması kimi məsələlər müzakirə edilib.
İclasda Rusiyanın daxili su yollarında Xəzər dənizi - Azov istiqamətində ilboyu naviqasiyanın təşkili məsələlərinə də baxılıb. Rəqəmsal kartoqrafiyanın tətbiqi təcrübəsi təqdim olunub. Qeyd edilib ki, bu texnologiya MDB ölkələrinin daxili su yollarına da şamil edilə bilər.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32