TMMOB GEMİMO tərəfindən 2016-cı ildən etibarən hər il 8 Mart Beynəlxalq Qadınlar Günündə təşkil edilən YAKAMOZ Simpoziumu Beynəlxalq Dəniz Təşkilatının (IMO) 18 May tarixini Beynəlxalq Qadın Dənizçilər Günü elan etdiyi üçün bu il 18 May tarixində qeyd ediləcək.
Allmarinenews Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın məqsədi başda TMMOB GEMIMO-nun qadın dənizçiləri olmaqla bu sahədə təhsil alan qız tələbələrin təcrübəsini artırmaqdır.
Eyni zamanda bu sahədə müvəffəqiyyət əldə edən qadın dənizçilərin peşə səyahətlərində qazandıqları uğurları, peşənin çətinliklərini və həvəsləndirici tərəflərini təqdim etməklə, dənizçilik karyerasına yeni başlayan tələbələr arasında məlumatlılığın artırılması yönündə addımlar atılacaq.
İstanbul Texniki Universitetində saat 14:00-18:00 arası keçiriləcək tədbirdə dənzçilik fakültəsinin aparıcı nümayəndələri, ekspertlər, akademiklər iştirak edəcəklər.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31