15.12.2024 16:31
Mənsub olduğu sahəsindən asılı olmayaraq göstərdikləri fəaliyyətlərlə adını tarixə yazdırmış bir çox azərbaycanlı qadınlarımız var. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir.
Hər sahədə olduğu kimi dənizçiliyin inkişafında da tarix boyu qadınlarımızın rolu böyük olub.
Allmarinenews mavi sulara imzasını atmış azərbaycanlı qadın dənizçilərimizin bir neçəsi haqqında məlumatı təqdim edir:
İlk azərbaycanlı qadın gəmi kapitanı: Zərifə Ləzgizadə
21 yaşında Azərbaycanın ilk qadın gəmi kapitanı olmuş Zərifə Ləzgizadə 1924-cü ildə Füzuli rayonunda anadan olub. 3 yaşında ailəsiylə birlikdə Bakıya köçüb.Orta məktəbi bitirdikdən sonra Bakı Dəniz Texnikumuna qəbul olur. 1940-cı ildə oranı bitirdikdən sonra əvvəl Bakı Bağırov Teploxodunda şturman, sonra isə uzaq məsafələrə üzən sərnişin gəmisində kapitan olaraq Bakı-Qazaxıstan, Bakı-Mahaçqala xətlərində çalışır. Azərbaycanda sərnişin gəmisinin də ilk qadın kapitan məhz Z.Ləzgizadə olub.
Daha sonra ali təhsilini Azərbaycan Dövlət Darülfünununda davam etdirən kapitan sonra müstəntiq kimi fəaliyyət göstərib.
Şövkət Səlimova: Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri
Qadın gəmi kapitanı Şövkət Səlimova Şahbaz qızı 1920-ci il dekabrın 25-də ismayıllı rayonunun Basqal kəndində anadan olmuşdur.
1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.
İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir.
Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.
1954-74 illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitunda dosent, prorektor və kafedra müdiri, 1964 ildən Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri işləmişdir. "Qırmızı Ulduz" və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir.
I Dünya müharibəsindən sonra qadınların hərbi sahədə fəaliyyəti genişləndi. Müharibədən sonra Azərbaycanda hərbi sahədə yüksək rütbəli ilk qadın təyyarəçi, ilk qadın gəmi kapitanı meydana çıxdı. Dünyada iki qadin gəmi kapitanından biri olan Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur. Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir . İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. 1954-1974 illərdə Azərbaycan. Dövlət Neft və Kimya İnstitunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor prorektor və kafedra müdiri, 1974-1989 ildən Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur "Qırmızı Ulduz" və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat edib.
Muxtarova Xanım: 1921-ci ildə Bakı şəhəri Suraxanı qəsəbəsində anadan olmuşdur.
1929-cu ildən 1936-cı ilə qədər orta məktəbdə oxumuşdur. (9 sinif)
1938-ci ildə Bakı mama-qinekoloq ixtisası üzrə məktəbə daxil olmuşdur və bir il burada təhsil almışdır. Eyni zamanda ara vermədən Bakı aeroklubunun təyyarə sürücülüyü qrupunda təhsil almışdır və 1940-cı ildə məzun olaraq ehtiyyat təyyarə sürücüsü kimi qalmışdır.
1940-cı ildə Bakı dənizçilik texnikomunun gəmi sürücülüyü üzrə ixtisasına daxil olmuşdur.
1941-ci ildən 1942-ci ilədək “Emba”, “Komsomol”, “Ağamalı oğlu”, “Na vaxte” və.s gəmilərdə 1-ci dərəcəli matros vəzifəsində işləmişdir.
1942-ci ildə 4 ay gəmi sürücülüyü ixtisası üzrə təhsil aldıqdan sonra, səfərbərlik xidməti üzrə fəhlə-xristian qırmızı ordusuna (РККА) yollanmışdır.
Hərbi xidmətini 1945-ci ilədək Sovet ordu sıralarının hava hücumundan müdafiə batalyonunun 195 nömrəli zenit raket bölüyündə işıqlandırıcı kimi çəkmişdir.
Milli hərbi komissarlığının əmri ilə ordu sıralarından təxris olunmuşdur və Almaniya üzərində qələbəyə, eləcə də Kafqazın müdafiəsinə görə medallarla təltif edilmişdir və (təhsil kurs kombinatında УКК) təhsilini davam etdirmişdir.
1948-ci ildə Kasptanker təhsil kombinatını bitirmişdir və Kasptankerin aşağıda göstərilən gəmilərində çalışmışdır:
1946 - 1947 - gəmi sürücüsü "Ağamalı oğlu"
1946 - 1949 - kapitanın 3-cü köməkçisi "Voenmor"
1946 - 1949 - kapitanın 2-ci köməkçisi "Tuymaza"
1949 - 1949 - kapitanın 3-cü köməkçisi "Ukraina"
1949 - 1950 - kapitanın 3-cü köməkçisi "Naxçıvan"
1950 - 1952 - kapitanın baş köməkçisi "İskra"
1952 - 1954 - kapitan "İskra"
1954 - 1957 - kapitanın baş köməkçisi "А. Tolstoy"
1957 - 1960 - kapitanın baş köməkçisi "Buquruslav"
1960 - 1962 - kapitan "Buquruslan"
İşlədiyi dövr ərzində Muxtarova Xanım Muxtar qızı gəmi sürücülüyü üzrə kifayət qədər biliyə sahib olmuşdur. Gəmiçiliklə əlaqədar bütün işlər kimi yük əməliyyatları və maliyyə işlərini də yaxşı bilirdi. Praktikada gəmi sürücülüyü ilə əlaqədar bilikləri yaxşı qavramışdır.
Gənc nəsilə dənizçilik intizamını örgədilməsində köməklik göstərmişdir və öz işini çox sevirdi, eləcə də daim öz nəzəri biliklərini təkmilləşdirirdi. İctimai həyatda fəal iştirak edirdi. Rusiya Federasiyasının Dəniz Nəqliyyatı işçiləri Həmkarlar İttifaqının Moskva üzrə Həmkarlar İttifaqı Təşkilatının (БаскомФлот) plenium iclasının üzvü idi və bir neçə dəfə nümayəndə kimi seçilmişdir.
Öz işlərinə görə aşağıda qeyd edilən mükafatlara layiq görülmüşdür:
26.06.1970-ci ildə Sovet Sosialist Respublikasının ССР Azərbaycan Respublikası Ali Sovetinin rəyasət heyəti tərəfindən Fəxri Fərmanla “Dəniz Donanmasının Fəxri işçisi” ordeni ilə təltif edilmişdir. 19.04.1960-cı ildə “Xəzər Veteranı” Fəxri adı verilmişdir. Uzun illər və vicdanlı əmək fəaliyyətinə görə 30.04.1980-ci ildə “Əmək veteranı” ordeni ilə təltif edilmişdir. 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32