Malayziya HƏMAS-İsrail münaqişəsinin fonunda İsrailin ZIM gəmiçilik şirkətinə liman infrastrukturundan istifadə etməyi qadağan edib.
Allmarinenews bu barədə “New Straits Times” qəzetinə istinadən xəbər verir.
Malayziyanın Baş naziri Ənvər İbrahimin sözlərinə görə, ölkənin Nəqliyyat Nazirliyi şirkətin fəaliyyətinə daimi qadağa tətbiq etməklə təcili tədbirlər görmək niyyətindədir: "Eyni zamanda, hökumət İsrail bayrağı altında üzən gəmilərin ölkə limanlarına buraxılmaması barədə qərar qəbul edib. Bundan başqa, İsrailə gedən istənilən gəmilərə Malayziya limanlarında yük yükləmək qadağandır. Bu məhdudiyyətlərin hər ikisi dərhal qüvvəyə minir".
"Əminik ki, bu qərar Malayziyanın ticarət fəaliyyətinə təsir etməyəcək", - o bildirib.
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56
01.11.2024 13:24
01.11.2024 13:14