Rusiyanın İrkutsk vilayəti ərazisində Lena çayında iki gəmi toqquşub.
Allmarinenews xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun saytında məlumat verilib.
Məlumatda deyilir ki, bu gün səhər saatlarında İrkutsk vilayətinin Ust-Kut şəhərində Lena çayının 3617,5 kilometrlik hissəsində biri kömür, digəri isə plitələrlə yüklənmiş 2 gəmi toqquşub.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Hazırda prokurorluq əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırmaq üçün ərazidə lazımi tədbirlər həyata keçirir.
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32
05.11.2024 17:56