15.12.2024 16:31
“NATO Ukraynanın dənizlə ərzaq ixracına təminatla bağlı qərar verməsi çətin məsələdir”.
Allmarinenews Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Ümumdünya İqtisadi Formunun keçirildiyi Davosda bildirib.
“Əgər NATO müharibənin ən faciəli zamanında Ukrayna səmasını bağlamadısa, maneəsiz ixracı təmin etmək üçün niyə indi dəniz yolunu açmalıdır? Mən bunu səmimi qəlbdən alqışlayaram, amma məsələni güc yolu ilə həll etmək üçün kifayət qədər cəsarət göstəriləcəyini düşünmürəm”, - o deyib.
D.Kuleba ölkəsinin hazırda problemdən çıxış yolu axtarışında olduğunu söyləyib: “Əgər kənd təsərrüfatı dövriyyəsi qırılsa, bu, dünyada ərzaq baxımından çoxillik problemlərə səbəb olacaq”.
Nazirin sözlərinə görə, Rusiya hətta təhlükəsiz keçidlə bağlı zəmanət versə belə, bunu hər an poza bilər.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32