15.12.2024 16:31
13 ekipaj üzvü olan "Volqoneft 212" yük gəmisi Kerç boğazı ərazisində qəzaya uğrayıb və kömək istəyib. Rusiya tankerindən 13 dənizçinin hamısı təxliyə edilib, lakin bir nəfər ölüb.
Allmarinenews xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rusiya İstintaq Komitəsi Kerç boğazında "Volqoneft-212" və "Volqoneft-239" tankerlərinin qəzaya uğraması ilə bağlı iki cinayət işi açıb.
İdarədən aydınlıq gətirilib ki, işlər yol hərəkəti təhlükəsizliyi və dəniz nəqliyyatının istismarı qaydalarının pozulması əsasında başlanıb.
Bildirilir ki, gəmilərin daşıdığı neft məhsullarının dənizə sızması baş verib.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32