Rusiyanın Krasnoyarsk diyarının şimalında Kara dənizində "Baykal" yedək gəmisi çevrilib.
Bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu xəbər yayıb.
Bildirilir ki, hadisə yerindən səkkiz nəfər xilas edilərək "Vladivostok" buzqıran gəmisinə təxliyə edilib, bir ekipaj üzvü isə itkin düşüb.
Hadisəyə səbəb kimi buzun gəmini sıxması göstərilib.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır.
Mənbə: TASS
14.03.2025 19:12
01.03.2025 11:59
14.02.2025 10:40
05.02.2025 11:50
30.01.2025 20:23