14.03.2025 19:12
Türkiyənin Kocaeli vilayətində İzmit körfəzini çirkləndirən gəmiyə 3 milyon 492 min 858 lirə cərimə tətbiq edilib.
Allmarinenews Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhər bələdiyyəsinin verdiyi açıqlamaya görə, Ətraf Mühitin Mühafizəsi və Nəzarət Şöbəsi qrupları tərəfindən körfəzdə yoxlama aparılıb .
Yoxlamalar zamanı müəyyən edilib ki, Ukrayna bayraqlı “LIME” quru yük gəmisi dənizi çirkləndirib. Gəmi 3 milyon 492 min 858 lirə cərimələnib.
Gəmi ətrafında tədbir alan qruplar , dənizdə təmizlik işlərinə başlayıb.
14.03.2025 19:12
01.03.2025 11:59
14.02.2025 10:40
05.02.2025 11:50
30.01.2025 20:23
27.01.2025 18:15