İstanbulda iki yük gəmisi toqquşub - VİDEO

Müəllif: Sevgul Gasimzade
Nəşr edilmişdir: 30.05.2022 13:01

İstanbulun Kartal sahillərində iki quru yük gəmisi toqquşub.

Allmarinenews TRT Haber-e istinadən xəbər verir ki, “Mare”  adlı quru yük gəmisi Mərmərə dənizində seyr halında olarkən naməlum səbəbdən idarədən çıxıb.

Sürünməyə başlayan gəmi “Arel 4” adlı başqa bir quru yük gəmisi ilə toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Bir neçə saat davam edən araşdırmadan sonra hər iki gəmi hərəkətini davam etdirib.