İstanbul Boğazı gəmilərin hərəkəti üçün açılıb

Müəllif: Allmarinenews
Nəşr edilmişdir: 06.05.2024 11:45

Bosfor boğazı gəmilərin hərəkəti üçün yenidən açılıb.

Allmarinenews Türkiyə KİV-nə istinadən xəbər verir ki,  “Brabus” adlı yük gəmisinin sükanında nasazlıq yarandığı üçün Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə məhdudlaşdırılmışdı. 

Xəbərdarlıq əsasında “Xilasetmə-10” yedək gəmisi və “KEGM-8” sürətli xilasetmə qayığı hadisə yerinə göndərilib. Zərər çəkən gəmi xilasetmə yedəkləyicisi tərəfindən dartılaraq Büyükdərə Ankraj Bölgəsinə gətirilib.