İran Körfəzdə iki gəmini saxlayıb.
Allmarinenews xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hərbi dəniz qüvvələrinin ikinci bölgə üzrə bölməsinin sözçüsü Qulamhüseyn Hüseyni deyib.
O bildirib ki, Körfəzin şimalında 200 min litr yanacaq daşıyan gəmi və gəminin 8 heyət üzvü saxlanılıb.
Gəminin hansı ölkəyə məxsus olduğu haqda məlumat verilməyib.
Daha bir gəmi isə 150 min litr yanacaqla saxlanılıb. Bu gəmi yanacağı qonşu ölkələrdən biri üçün daşıyırmış.
Faktla bağlı cinayət işi açılıb.
14.02.2025 10:40
30.01.2025 20:23
27.01.2025 18:15
23.12.2024 22:29
15.12.2024 16:31