15.12.2024 16:31
Beynəlxalq Dəniz Təşkilatı (IMO) Şurası təşkilatda şəffaflığı artırmaq məqsədilə plenar iclaslarını canlı yayımlamaq və sənədlərini ictimaiyyət üçün əlçatan etmək qərarına gəlib.
Allmarinenews xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Təşkilatı məlumat yayıb.
Bildirilib ki, Şura İyulun 8-dən 12-dək Londonda keçirilən 132-ci sessiyasında öz yanaşmasını və fəaliyyətini modernləşdirmək üçün bir sıra qərarlar qəbul edib.
Bunlara:
* Şuranın plenar iclaslarının canlı yayımı;
* Şuranın sənədlərinin və qərarların xülasəsinin ictimaiyyətə açıqlanması;
* Görüşlərdə virtual və şəxsən iştirak etmək üçün hibrid imkanların daimi yaradılması;
* Strateji Çərçivə vasitəsilə çoxdilliliyin gücləndirilməsi;
daxil edilib.
Şura IMO-nun Qlobal İnteqrasiya Gəmiçiliyi İnformasiya Sisteminin ( GISIS ) təkmilləşdirilməsi üzrə davam edən irəliləyişləri qeyd edib.
Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominqes bildirib ki, IMO-nun modernləşdirilməsi və şəffaflığı istiqamətində səylərimiz davam edir.
15.12.2024 16:31
25.11.2024 02:09
21.11.2024 01:00
21.11.2024 00:17
19.11.2024 22:38
07.11.2024 20:32